Türkçe English Russian Arabic Albanian Azerbaijan Français

Sektor xəbərləri

Azərbaycanın broyler şirkətləri tənəzzülə uğraya bilər
Bir müddətdir AzərbaycanIn quşçuluq fabriklərindən bir neçəsi öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıbdır. Fabrik rəhbərləri daxili bazarda rəqabətə davam gətirə bilmədiklərini söyləyirlər.
    
Nazim İbrahimov: “Bu gün əkin-biçinə yeni baxış tələb olunur”
Bu gün ölkəmiz daxili istehsal hesabına bir çox kənd təsərrüfatı məhsulları ilə özünü təmin edir.
Təbii ki, bu təminatın arxasında ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi siyasət, aqrar sahədə köklü islahatlar, həmçinin dövlətin istehsalçılara göstərdiyi maddi və mənəvi dəstək dayanır. Yanacağın, mineral gübrələrin alınmasında keçən ildən tətbiq edilən güzəştlər, eləcə də toxumçuluq təsərrüfatlarına yetişdirdikləri məhsula görə subsidiyaların verilməsi kənd təsərrüfatı məhsullarının istehsalına təkan verib. Bu yüksəliş Şəki rayonunda da özünü büruzə verir. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovla söhbətimiz də bu mövzudadır.
“Vergi yükü quşçuluq sahəsini çökdürüb”
Vergilərin ağırlığı yerli məhsulları xarici məhsullarla rəqabətə dözümsüz edir»
Aydın Vəliyev: «Böhranlı durumdan çıxmağın yeganə yolu bu sahəyə ciddi dövlət yardımının edilməsidir»
Quş qripi” ilə bağlı Azərbaycanda keçirilmiş monitorinqin nəticələri açıqlanıb
Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” ilə bağlı keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. DBX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 10-dan başlayan monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 20 baş çöl quşunun patoloji materialı, həmçinin ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1984 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinə edilən nümunələrin heç birində “quş qripi”nin törədicisi müəyyən edilməyib.
"Donuz qripi" bizdən yan keçir
Azərbaycanda donuzlarda A/H1N1 virusu aşkar edilməyib

Mayın 8-də Respublika Baytarlıq Labratoriyasında ölkə ərazisində saxlanılan donuzlar arasında A/H1N1 virusunun ("donuz qripi") xəstəliyinin müəyyənləşdirilməsi məqsədilə başlanılmış 388 qan nümunələrinin müayinəsi başa çatıb.

 


Sektorumuz və məhsullarımız haqqında məlumat almaq üçün xahiş edirik bülletenimizə üzv olun.



E-mail
Parola
Parolumu Unutdum
Üzv Ol

 
Türkçe
English
Русский
Shqipe
Azerice
Français