Türkçe English Russian Arabic Albanian Azerbaijan Français
Azərbaycanda donuzlarda A/H1N1 virusu aşkar edilməyib

Mayın 8-də Respublika Baytarlıq Labratoriyasında ölkə ərazisində saxlanılan donuzlar arasında A/H1N1 virusunun ("donuz qripi") xəstəliyinin müəyyənləşdirilməsi məqsədilə başlanılmış 388 qan nümunələrinin müayinəsi başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, nümunələrin heç birində A/H1N1 virus xəstəliyi daşıyıcısına təsadüf edilməyib. Monitorinq bütün ölkə ərazisi üzrə həyata keçirilib. Tədbirin aparıldığı təsərrüfatların heç birində nə xəstə, nə xəstəhal, nə də xəstəlikdən tələf olan heyvanlara rast gəlinməyib. Bununla belə, Dövlət Baytarlıq Xidməti ölkə miqyasında ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Belə ki, iyunun 1-də daha bir monitorinqə start verilməsi nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti hazırda A/H1N1 virus xəstəliyinə görə respublikada epizootik vəziyyətin sabit olduğunu və bu məslənin daim nəzarətdə saxlanıldığını qeyd edir.
<< Geri
 


Sektorumuz və məhsullarımız haqqında məlumat almaq üçün xahiş edirik bülletenimizə üzv olun.



E-mail
Parola
Parolumu Unutdum
Üzv Ol

 
Türkçe
English
Русский
Shqipe
Azerice
Français