Türkçe English Russian Arabic Albanian Azerbaijan Français
«Vergilərin ağırlığı yerli məhsulları xarici məhsullarla rəqabətə dözümsüz edir»
Aydın Vəliyev: «Böhranlı durumdan çıxmağın yeganə yolu bu sahəyə ciddi dövlət yardımının edilməsidir»
Rəsmi statistik rəqəmlərə görə, ötən ilin müvafiq dövrüylə müqayisədə Azərbaycana idxal olunan quş əti məhsullarının sayı 2,5 dəfə artıb.
Ekspertlər quş əti idxalının 2,5 dəfə artmasını Azərbaycanda quşçuluq sənayesinin çökməsi kimi qiymətləndiriblər.
Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin fikrincə, bu sahədə açınacaqlı vəziyyətin yaranmasının səbəbi ölkəmizdə quşçuluğa lazımı qayğının göstərilməməsidir. Ona görə də ölkəyə idxal olunan quş əti məhsullarının həcmində bu qədər ciddi artım müşahidə olunmaqdadır: “Azərbaycanda bir sıra vergilərin tətbiq olunması, xaricdən gətirilən yem məhsullarına vergilərin əlavə olunması bu məhsulun istehsalını baha edir. Ona görə də yerli məhsullar xarici məhsullarla rəqabətdə geri qalırlar. Böhranlı durumdan çıxmağın yeganə yolu bu sahəyə ciddi dövlət yardımının edilməsidir. Əks təqdirdə növbəti müddətlər üçün ölkədə bu sahədə istehsal tamamilə dayanmaq təhlükəsiylə üzləşə bilər”. A.Vəliyevin sözlərinə görə, xarici ölkələrdə böhranla əlaqədər bir sıra vergilərdə güzəştlərin edilməsi də quşçuluq sahəsini böhrandan çıxarmaq məqsədi daşıyır.
Xəyal
<< Geri
 


Sektorumuz və məhsullarımız haqqında məlumat almaq üçün xahiş edirik bülletenimizə üzv olun.



E-mail
Parola
Parolumu Unutdum
Üzv Ol

 
Türkçe
English
Русский
Shqipe
Azerice
Français